“AZFEN” 3 min nəfəri ixtisar edib
![](https://ena.az/uploads/news/2019-07/_ena_afee630a62e2949ba99fded5f_o.jpg)
Neft şirkətləri üçün tikinti və mühəndislik işlərini həyata keçirən “AZFEN” Birgə Müəssisəsinin işçilərinin sayı 2018-ci ildə 3029 nəfər azalıb.
ENA.az şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə 6642 nəfər olan işçilərin sayı 2018-ci ildə 3613 nəfərə düşüb.
İşçilərin sayı bir sıra layihələrin başa çatdırılması və müqavilələrin azalması ilə bağlıdır.