İqtisadiyyat

Azərbaycan iqtisadiyyatı 8 ayda 1,2% böyüyüb

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,2% çoxdur.

Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 0,8% azalıb, qeyri-neft-qaz sektorunda isə 2,1% artıb.

Yanvar-avqust aylarında neft-qaz sektorunda 26 milyard 181,9 milyon manat, qeyri-neft-qaz sektorunda isə 61 milyard 527,6 milyon manatlıq ÜDM formalaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)