Tramp hər yetkin amerikalıya 5 min dollar ödəyəcəyini vəd etdi
ABŞ Prezidenti Donald Tramp ABŞ-da yaşayan hər bir yetkin vətəndaşa 5 min dollar ödəyəcəyini vəd edib.
ENA.az xəbər verir ki, Tramp bu barədə Dallasda Respublikaçılar Partiyasının qurultayında çıxışı zamanı danışıb. O, Respublikaçılar Partiyası Senat və Nümayəndələr Palatasına keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə, bu ödənişi edəcəyini deyib.
Prezident nəzərdə tutulan pul ödənişini “Tramp dividendləri” adlandırıb.

















