Sosial iqtisadiyyat

Bakıda yeni park salınır, layihə işlərinə 200 min manat xərclənəcək

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Design Bureau” MMC ilə müqavilə bağlayıb.

ENA.az xəbər verir ki, müqavilədə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin əhatəsində salınacaq yeni parkın layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği 196 099 manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)