Gündəm

Prezident Trampa təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından paylaşım etdiyi üçün təşəkkür edib.

Məlumata görə, dövlət başçısı bununla bağlı “X” hesabında paylaşım edib.

“Şuşa Qlobal Media Forumunda səsləndirdiyim ABŞ-Azərbaycan tərəfdaşlığı və həm qlobal, həm də regional səviyyədə sülh gündəminə sadiqliklə bağlı fikirlərimi sosial media platformasında paylaşdığı üçün Prezident Donald Trampa təşəkkürümü bildirirəm.

Bir daha Prezident Trampın dünyada, o cümlədən bölgəmizdə sülh və sabitliyin təşviqinə yönəlmiş baxışını və səylərini dəstəklədiyimizi xüsusi vurğulamaq istəyirəm.

Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ümumi dəyərləri bölüşürük və onun Prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə çatacağına ümidvarıq. Bu məqsədə doğru atdığı bütün addımlarda ona davamlı uğurlar arzulayırıq”, - paylaşımda deyilir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)