Palatada problemli kreditlərlə bağlı qaynar-xətt yaradıldı

Hal-hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasında problemli kreditlərlə bağlı qaynar-xətt yaradılıb ( Tel: 966-1-1).
"Businessinsider.az" Palataya istinadən xəbər verir ki, qaynar-xətt gücləndirilmiş iş rejimində işləyir və axşam saat 22:00-dək zənglərə cavab veriləcək.
Palata rəsmilərinin verdiyi məlumata görə , bununla bağlı hazırda 20 nəfər işçi işləyir. Təkcə 10 nəfər bağlanmış banklarla bağlı suallara cavab verir.