HI-TECH

1,65 milyard dollara alınan YouTube-un dəyəri 20 il sonra 560 milyarda yüksəlib

“Google”un 2006-cı ildə 1,65 milyard dollara aldığı “YouTube”un 2026-cı ildəki dəyəri analitiklər tərəfindən 500–560 milyard dollar arasında qiymətləndirilir.

ENA.az xəbər verir ki, “Techora”nın məlumatına görə, bu, platformanın dəyərinin 20 il ərzində ilkin alış qiyməti ilə müqayisədə təxminən 303–339 dəfə artması deməkdir. “YouTube”un ayrıca rəsmi bazar dəyəri açıqlanmır, çünki platforma “Alphabet”in tərkibində fəaliyyət göstərir.

Platformanın 2025-ci ildə reklam və abunəliklərdən əldə etdiyi gəlirin 60 milyard dolları keçdiyi bildirilir. “YouTube Premium”, “YouTube Music” və “YouTube TV” kimi ödənişli xidmətlər də şirkətin əsas gəlir mənbələri sırasındadır.

Məlumata görə, “YouTube” son dörd ildə kontent yaradıcılarına, musiqiçilərə və media şirkətlərinə 100 milyard dollardan çox ödəniş edib. Bu göstəricilər platformanın sadəcə video paylaşım saytı deyil, qlobal media biznesinə çevrildiyini göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)