SpaceX-in süni intellekt gəlirləri 830% artıb
“SpaceX” şirkətinin gəliri 2026-cı ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 161% artaraq 14,6 milyard dollara çatıb. Şirkət hesabat dövrünü 4,4 milyard dollar xalis mənfəətlə başa vurub.
ENA.az xəbər verir ki, şirkətin gəliri ötən ilin eyni dövründə 5,6 milyard dollar təşkil edib. Ötən ilin üçüncü rübündə 1,05 milyard dollar xalis zərər açıqlayan “SpaceX” bu ilin eyni dövründə mənfəətə keçib. Nəticələr bazar gözləntilərini də üstələyib.
Gəlir artımında süni intellekt fəaliyyəti və “Starlink” peyk interneti xidmətinin genişlənməsi mühüm rol oynayıb. Süni intellekt istiqamətindən əldə olunan gəlir illik müqayisədə 830% artaraq 7,6 milyard dollara yüksəlib. Rabitə xidmətləri üzrə gəlir 69% artımla 5,2 milyard dollar, kosmik fəaliyyətlərdən əldə olunan gəlir isə 6% artımla 1,8 milyard dollar olub.
Sentyabrın sonuna “Starlink” abunəçilərinin sayı 13,6 milyona çatıb. Şirkət üçüncü rübdə ümumilikdə 19,6 milyard dollar kapital xərcləyib, bunun 16 milyard dollardan çoxu süni intellekt sahəsinə yönəldilib.

















