Bank

Ölkə üzrə kredit portfelinin dörddə üçündən çoxu Bakıda cəmləşib

Bank kreditlərinin dörddə üçündən çoxu Bakı iqtisadi rayonunun payına düşüb

2026-cı il sentyabrın 30-na Azərbaycanda kredit qoyuluşlarının ümumi həcmi 33 milyard 684,7 milyon manat olub. Bunun 25 milyard 763,7 milyon manatı Bakı iqtisadi rayonunun payına düşüb.

ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Beləliklə, ölkə üzrə kredit portfelinin təxminən 76,5 faizi Bakı iqtisadi rayonunda cəmlənib. Abşeron-Xızı iqtisadi rayonunda kredit qoyuluşları 1 milyard 289,7 milyon, Gəncə-Daşkəsən iqtisadi rayonunda 997 milyon, Qarabağ iqtisadi rayonunda isə 593,5 milyon manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)