Rusiyada vəfat etmiş şəxslərin pensiyaları onların varislərinə verilə bilər
Rusiyada "Pensiya sığortası haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.
Rusiya mətbuatı xəbər verir ki, müvafiq qanun layihəsi vəfat etmiş şəxslərin pensiyalarının onların varislərinə verilməsini nəzərdə tutur.
Sənədin bu gün Rusiya Dövlət Dumasında müzakirə edilməsi gözlənilir.
“Hökumət Pensiya Fonduna ödəniş edən hər bir vətəndaşa həmin vəsaitin hansısa formada geri qayıdacağına təminat verməlidir” - qanun layihəsinin müəlliflərindən biri bildirib.