Azərbaycandakı bütün xəstəxanalarda onlayn növbə sistemi təşkil ediləcək

“Artıq Bakı və regionlardakı bəzi xəstəxanalarda onlayn növbə sistemi təşkil edilib”.
Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Qısa müddətdə bütün ölkə üzrə xəstəxanalarda onlayn növbə sistəmi təşkil ediləcək”, – deyə o qeyd edib.
Ölkə üzrə epidemioloji vəziyyətlə bağlı sualı cavablandıran Vüqar Qurbanov deyib ki, tibb müəssisələrində epidemioloji vəziyyətlə bağlı təcili tibbi xidmətə müraciətlərdə kəskin artım yoxdur:
“Hazırda kəskin respirator xəstəliklərin yayılması müşahidə olunsa da, xəstəxanalara müraciət sayı normal səviyyədədir”.