Sənaye

Azərbaycanda corab istehsalı kəskin artıb

Azərbaycanda üst trikotaj, alt trikotaj və corab istehsalı kəskin artıb.


BI” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayında 9,8 min ədəd üst trikotaj istehsal edilib. Bu, 2018-ci ilin Yanvar ayı ilə müqayisədə 8 dəfə çoxdur.


Cari ilin Yanvar ayında 31 min ədəd alt trikotaj istehsal edilmişdir ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 75 dəfə çoxdur.


2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında corab istehsalı 16,2 dəfə artaraq 123,3 min ədəd təşkil edib.


Kişilər üçün kostyum və komplektlər istehsalı isə 72,8% artaraq 28,3 min ədəd təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department