Sənaye

IMF 2031-ci ilə qədər Azərbaycan neftinin itkisiz qiymətini proqnozlaşdırıb

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycan neftinin fiskal itkisiz qiyməti 1 barel üçün 87,3 ABŞ dolları təşkil edəcək.

Bu barədə IMF-in Yaxın Şərq və Mərkəzi Asiya iqtisadiyyatının inkişaf perspektivləri haqqında hesabatında deyilir.

Növbəti il neftin orta qiyməti 85,6 ABŞ dolları səviyyəsində gözlənilir, 2030-cu ildə isə qiymət 1 barel üçün 91,3 ABŞ dollarına qədər artacaq.

Bu il Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 1 barel üçün 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müqavilədə payı 31,65 % təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)