Sənaye

Qəbələdə illik 140 milyon litr istehsal gücünə malik yeni pivə zavodu tikilir

Qəbələdə illik 140 milyon litr istehsal gücünə malik, beynəlxalq standartlara uyğun tam müasir texnologiyalarla təchiz olunmuş yeni pivə və sərinləşdirici içki zavodu tikiləcək.

"Azərbaycan İnvestisiya Şirkəti” ASC-dən verilən məlumata görə, Gürcüstanın “Georgian Beer Company” şirkəti ilə icra edilən layihə iki ölkə arasında iqtisadi əməkdaşlığı yeni səviyyəyə yüksəldir. Layihənin həyata keçirilməsi ilə Qəbələ və ətraf rayonlarda yüzlərlə yeni iş yerləri yaradılacaq, yerli iqtisadi fəallıq və ixrac üçün yeni imkanlar açılacaq. Eyni zamanda yerli istehsal ölkənin idxaldan asılılığını azaldacaq, bazardakı rəqabət qabiliyyətini gücləndirəcək.

Qəbələdə istehsal ediləcək içkilər daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)