HI-TECH

“WhatsApp” yeni funksiyanı işə salır

“WhatsApp” messenceri söhbət otaqlarının rəng sxemini dəyişməyə imkan verəcək yeni funksiyanı işə salır. Yaxın gələcəkdə istifadəçilər hər bir “chat” üçün fon seçməklə proqramın görünüşünü daha çox fərdiləşdirə biləcəklər.

Yaradıcılar bu yeniliklər üzərində işləməyə davam edirlər, ona görə də onlar hələ sınaqçılar üçün əlçatan deyil. Təəssüf ki, bu funksiyaların “WhatsApp”ın tam versiyasında nə vaxt istifadəyə veriləcəyi hələlik məlum deyil.

2023-cü ilin dekabr ayının sonunda istifadəçilərin çatları asanlıqla təsnif edə bilmələri üçün xüsusi filtrlər təqdim edilmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)