Azərbaycanda problemli kreditlərin məbləği bir ildə 43 %-ə yaxın artıb
Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 63 milyard 621,7 milyon manat təşkil edib. Bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 13,3 % çoxdur. Hesabat ayında bankların kredit portfeli 2.6% və ya 860.5 mln. manat artaraq 33,684.7 mln. manat olub.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54.7% (18,440 mln. manat);
ıı) istehlak kreditləri – 30.9% (10,407.9 mln. manat) və
ııı) ipoteka kreditləri – 14.4% (4,836.8 mln. manat).
Ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 12% və ya 3,621.7 mln. manat artmışdır (2025-ci ilin müvafiq dövrü üzrə artım 6.5% olub).
Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 754,3 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu, sentyabrın 1-i ilə müqayisədə 4,5 % çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 43,8 %, son 1 ildə isə 42,8 % artıb.
Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib. Bu nisbət avqustun sonuna da 2,1 %, ötən ilin sonuna 1,6 %, ötən il sentyabrın sonuna isə 1,7 % olub.



















