HI-TECH

“WhatsApp”da yeni funksiya işə düşüb

“WhatsApp” messenceri yeni funksiyanı işə salıb. Onun köməyi ilə şəxsi söhbətlərə əlavə kod qoymaq mümkündür.

Tərtibatçılar qeyd edirlər ki, kimsə telefonunuza giriş əldə etdiyi və ya cihazınızı başqası ilə paylaşdığınız halda məxfi kod sizə məxfiliyi təmin edəcək.

Məxfi kod – unikal paroldur. O, telefonunuzun kilidini açmaq üçün istifadə etdiyiniz paroldan fərqlənir.

Yenilik artıq aktivdir və yaxın zamanda bütün istifadəçilər üçün əlçatan olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)