Sağlamlıq

“Yeni Klinika”nın həbsdən çıxan keçmiş direktoru yeni vəzifəyə təyin olunub

“Yeni Klinika” publik hüquqi şəxsin keçmiş direktoru Pərviz Abbasov yeni vəzifəyə təyin olunub.

Məlumata görə, o, Binəqədi Tibb Mərkəzində işə başlayıb.

Tanınmış həkim hazırda tibb müəssisəsinin ümumi cərrahı kimi fəaliyyət göstərir.

Xatırladaq ki, Pərviz Abbasov 2021-ci ilin aprelin 22-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunmuşdu. O, bu ilin may ayında azadlığa buraxılıb.(İqtisadiyyat.az)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)