Sağlamlıq

İcbari tibbi sığorta ilə bağlı yeni xidmətlər zərfi təsdiq ediləcək

İcbari tibbi sığorta ilə bağlı yeni xidmətlər zərfi Nazirlər Kabinetində təsdiqə göndərilib.

Bunu açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib. Onun sözlərinə görə, yeni xidmətlər zərfi yaxın zamanlarda təsdiq olunacaq:

“Orada ürək xəstəliklərinə aid əməliyyatlar yeni xidmətlər zərfinə daxil edilib. Eyni zamanda, uşaq ürək cərrahiyə əməliyyatları da yeni xidmətlər zərfinə daxildir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)