Dünyanın ən yüksək maaş alan siyasətçisinin gəliri 2,8 milyon dollar olacaq
Dünyanın ən yüksək maaş alan siyasətçisi olan Sinqapurun Baş naziri Lourens Vonqun illik əməkhaqqı təxminən 64% artaraq 1.7 milyon dollardan (2.2 milyon Sinqapur dolları) 2.8 milyon dollara (3.6 milyon Sinqapur dolları) yüksələcək.
Sentyabrın 8-də parlament qarşısında çıxış edən Sinqapurun baş naziri bildirib ki, hökumətdə maaşlarla bağlı vəziyyəti araşdırmalı olan müstəqil komissiya nazirlərin maaşlarının artırılması istiqamətində yenidən nəzərdən keçirilməsinin zəruri olduğu qənaətinə gəlib. Əvvəllər bu məbləğ 1.1 milyon Sinqapur dolları (təxminən 870 000 dollar) təşkil edirdisə, indi eyni valyutada 2.2 milyon dollar olacaq.
Sinqapur lideri vəzifəsində qalacağı təqdirdə, növbəti beş il ərzində maaş artımının tənzimlənməsindən sonra əldə olunan bütün məbləği ianə edəcəyinə söz verib.
Avstraliyanın “Political Salaries” təşkilatının məlumatına görə, Sinqapur lideri 2026-cı ildə dünyanın ən yüksək maaş alan siyasətçisidir. Ondan sonra illik 719 000 dollar maaş alan Çinin xüsusi inzibati rayonu olan Honkonqun rəhbəri Con Li gəlir. ABŞ Prezidenti Donald Tramp isə illik 400 000 dollar maaşla ən yüksək maaş alan liderlərin ilk beşliyini tamamlayır.

















