MALİYYƏ

Yeni faiz şərtləri ilə depozit hərracı elan edildi

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.


"BI" xəbər ki, hərrac ilə 350 milyon manat cəlb edilməsi nəzərdə tutulur. Hərrac 04 Fevral 2019-cu il tarixində keçiriləcəkdir.

Müddət 14 gün, faiz dərəcəsi 7,26% - 9,24% aralığında müəyyən olunub. Qeyd edək ki, bundan əvvəl faiz dərəcəsi 7,76% - 9,74% aralığında müəyyən olunurdu. 

 

Xəbər verdiymiz kimi, 01 Fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,5 bənd endirilməsi haqında qərar qəbul etmişdir. Beləliklə, uçot dərəcəsi 9.75%-dən 9,25%-ə düşüb. Qərara əsasən, uçot dərəcəsi 9.75% səviyyəsindən 9.25%-ə, faiz dəhlizinin yuxarı həddi 11,75%-dən 11.25%-ə, aşağı həddi isə 7.75%-dən 7.25% səviyyəsinə endirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department