MALİYYƏ

Milli Depozit Mərkəzinin sabiq İdarə Heyəti üzvünə yeni vəzifə verilib

Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sabiq üzvü Ramin Nurəhmədov yeni vəzifəyə təyin olunub.

Məlumata görə, o, bu ilin iyun ayından etibarən İqtisadi Zonaların İnkişafı Agentliyinin Hüquq Departamenti rəisinin müavini vəzifəsində fəaliyyətə başlayıb.

Ramin Nurəhmədov 2023-cü ilin sentyabr ayından 2026-cı ilin aprel ayına qədər Milli Depozit Mərkəzinin İdarə Heyətinin üzvü olub.

O, 2021–2023-cü illərdə “AzFinance İnvestisiya Şirkəti”ndə Kapital bazarlarının inkişafı departamentinin rəhbəri, 2016–2021-ci illərdə “Azərpoçt” MMC-də filial müdiri vəzifəsində işləyib.

Ramin Nurəhmədov əmək fəaliyyətinə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində başlayıb. O, 2005–2016-cı illərdə qurumun Korporativ qiymətli kağızların dövriyyəsinin tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)