MALİYYƏ

Dövlət Vergi Xidmətindən 130 min manatlıq sanksiya açıqlaması

2026-cı ilin yanvar–iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi cinayətləri üzrə ümumilikdə 249 cinayət işi başlanılıb.

ENA.az-ın qurumun məlumatına istinadən xəbər verir ki, hesabat dövründə 41 cinayət işi üzrə 46 nəfər barəsində ittiham aktı məhkəməyə göndərilib.

Vergi cinayətləri ilə bağlı aparılan araşdırmalar nəticəsində dövlət büdcəsinə ümumilikdə 28,4 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib. Bunun 15,7 milyon manatı başa çatdırılmış işlər, 12,7 milyon manatı isə istintaqı davam edən cinayət işləri və materiallar üzrə bərpa olunub.

Bundan başqa, əmək müqaviləsi olmadan işçi çalışdırılması ilə bağlı keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı 17 obyektdə 65 nəfərin əmək müqaviləsi qüvvəyə minmədən işə cəlb edildiyi müəyyən edilib. Qanun pozuntusuna yol vermiş vergi ödəyicilərinə ümumilikdə 130 min manat maliyyə sanksiyası tətbiq olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)