Süni intellekt: Texnologiyada ən çox hansı işlər risklidir?
Süni intellektin (AI) atası kimi tanınan, əvvəllər Google-da işləyən 75 yaşlı Geoffrey Hinton süni intellektlə işləyən chatbotların inkişaf yolu ilə bağlı artan təhlükələr barədə xəbərdarlıq edir.
ENA.az xəbər verir ki, o,chatbotların tezliklə insanlardan daha ağıllı olacağını iddia edir. Məhz buna görə müəssisələr texnologiyadan öz üstünlükləri üçün faydalanmağa çalışırlar. AI Böyük Dil Modelləri ilə daha da güclənir. Bu modellər hələ ağıllı, yetkin insan kimi bacarıqlı deyil, amma belə olması üçün çox zaman tələb olunmur. İrəliləyişlər gözlənildiyindən daha sürətli baş verir və onlar qısa zamanda tam təkmil nöqtəyə çatacaq. Süni intellekt iqtisadiyyatın bu vaxta qədər məhsuldarlığın yüksəldilməsinə qarşı immuniteti olan bir sıra sektorları ələ almaq və onları dəyişdirmək imkanına malikdir.
Hinton bildirib ki, texnologiya bizə həyat keyfiyyətində çoxlu təkmilləşdirmələr verdi. Smartfonlarımız müxtəlif funksiyalara malikdir və həmişə xidmət göstərməyə hazırdır. Bu texnologiyalar təkcə “təkrarlanan” – yəni robotik – avtomatlaşdırmaya qarşı düşünülmüş tapşırıqlar üçün yox, həm də kommersiya kontekstində də yaxşı istifadə olunur. Open AI/ ChatGPT qurucusu Sam Altman belə təəccübünü gizlətməyib. Xüsusilə, mətn yazmaq, şəkil və ya musiqi yaratmaq və ya proqramın kodlaşdırılması saniyələr ərzində əldə edilə bilər.
Ancaq narahatlıq yaradan məqam odur ki, bu, sosial və iqtisadi böhranlar yaradaraq, işçilərin vaxtında uyğunlaşma qabiliyyətini ötüb keçəcək qədər sürətlə baş verə bilər. Texno həvəskarlarının cavabı belədir: "Sizi süni intellekt əvəzləməyəcək, lakin sizi süni intellektdən necə istifadə edəcəyini bilən biri əvəz edə bilər".
Süni intellekt sahəsində xeyli irəliləyişlər əldə olunmasına baxmayaraq, avropalı ekspertlər bunun ciddi təhlükə ilə yekunlaşacağını iddia edirlər. “ChatGPT”, “Dall-E”, “Adobe” kimi nəhəng şirkətlərin yaratdıqları süni intellektə əsaslanan texnologiyalar əmək göstəricilərini 7% yüksəldə bilər. Lakin avropalı, amerikalı və yerli mütəxəssislər mütəxəssislər süni zəka sistemlərinin inkişafı ilə 300 milyon insanın işini itirəcəyini düşünürlər.