Elm və Texnologiya

Sertifikasiya imtahanının formatında dəyişiklik edilə bilər

“Gələcəkdə sertifikatlaşdırma imtahanının formatının dəyişdirilməsi ilə bağlı məsələlər gündəmə gələ bilər”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil” adlı tədbirdə çıxışı zamanı deyib.

“Biz yavaş-yavaş T test şkalalarına keçirik. Bu imtahan formatını zamanla hamı öyrənəcək”, – deyə nazir əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)