DSK: Əhalinin nominal gəlirləri 20.5% artıb
İlkin məlumatlara görə, 2022-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20.5 faiz artaraq 62233.9 milyon manata çatmışdır.
ENA.az bu barədə DSK-ya istinadən xəbər verir.
Bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 6182.2 manatlıq gəlir düşmüşdür. Əhalinin sərəncamında qalan gəlirləri 55761.6 milyon manat təşkil etmişdir.