Gündəm

Vüsal Aslanov onu rəis təyin etdi

“Bakı Metropoliteni”nin “Bakımetrolayihə” İnstitutuna yeni rəhbər təyin edilib.

ENA.az Manset.az-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni”nin sədri Vüsal Aslanovun müvafiq Əmri ilə Nəbi Yusif oğlu Məmmədov “Bakımetrolayihə” İnstitutunun rəisi vəzifəsinə təyin olunub.

Bildirilib ki, 1987-ci il təvəllüdlü N.Məmmədov memarlıq üzrə fəlsəfə doktorudur, daha əvvəl neft sektorunda müxtəlif vəzifələrdə çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)