Rus qoşunları Xersondan tam çıxıb
Rusiya Silahlı Qüvvələri qrupun Dnepr çayının sağ sahilindən köçürülməsini başa çatdırıb.
ENA.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, bütün rus hərbçiləri Dnepr çayının sol sahilinə keçiblər. Müdafiə Nazirliyinin məlumatında qeyd edilib ki, Dnepr çayının sol sahilinə keçid zamanı Rusiya qoşun qruplaşmasının şəxsi heyəti, silah-sursat, hərbi texnikası itkisi olmayıb.
"Dnepr çayının sağ sahilində bir dənə də olsun hərbi texnika və silah qalmayıb. RF Silahlı Qüvvələri Dnepr çayının sol sahilində mühəndislik baxımından əvvəlcədən hazırlanmış müdafiə xətlərini və mövqelərini tutub".