Son sutkada koronavirusa yoluxma sayı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 81 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 822 427 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 998 nəfər müalicə olunaraq sağalıb, hazırda 498 aktiv xəstə var. Bu günə qədər 9 931 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 443, bu günə qədər isə ümumilikdə 7 282 773 test icra olunub.