Sağlamlıq

Koronavirusa yoluxanların yeni sayı açıqlandı - SON MƏLUMAT

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ENA.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 821 661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkarlanıb. Onlardan 810 929 nəfər müalicə olunaraq sağalıb, 9919 nəfər vəfat edib, aktiv xəstə sayı 813 nəfərdir.

Ölkədə son sutka ərzində 1580, hazırkı dövrədək isə 7 256 426 test aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department