Sağlamlıq

Son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 248 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ENA.az-a verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 162 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 181 nəfər müalicə olunaraq sağalıb, hazırda 1071 aktiv xəstə var. Bu günə qədər 9910 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3054, ümumilikdə isə 7 245 111 test icra olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department