BİZNES

Ti­ca­rə­t mərkəzlərindəki mallar "Trendyol"dan niyə bu qədər bahadır?: Elektoron ticarətin "marjasız" üstünlükləri

Dün­ya­nın ək­sər öl­kə­lə­rin­də ol­du­ğu ki­mi, iki ilə ya­xın­dır ki, da­vam edən pan­de­mi­ya böh­ra­nı Azər­bay­can­da da elekt­ron ti­ca­rə­tin ar­tım tem­pi­nə ina­nıl­maz tə­sir gös­tə­rib. Azər­bay­can Mər­kə­zi Ban­kı­nın mə­lu­mat­la­rı­na gö­rə, ötən il əha­li elekt­ron şə­bə­kə­sin­də 7 mil­yard ma­nat həc­min­də ödə­niş­lər hə­ya­ta ke­çi­rib. Bu 2020-ci il­lə mü­qa­yi­sə­də 86% çox­dur.

Kim udur, kim udu­zu­r?

Döv­lət Sta­tis­ti­ka Ko­mi­tə­si­nin mə­lu­ma­tı­na gö­rə, 2021-ci il­də xa­ric­dən elekt­ron şə­kil­də si­fa­riş edi­lən məh­sul­la­rın ümu­mi də­yə­ri 165 mil­yon dol­lar ci­va­rın­da­dır. Bu əha­li­nin şəx­si is­teh­la­kı üçün öl­kə­yə gə­tir­di­yi mal­la­rın həc­mi­dir. Gö­zəl gös­tə­ri­ci­lər­dir, ar­tım mü­şa­hi­də olu­nur, am­ma bu­nun di­gər bir tə­rə­fi var: xa­ric­dən şəx­si is­teh­lak üçün əha­li­nin gə­tir­di­yi mal­la­rın həc­mi­nin il­dən-ilə art­ma­sı Azər­bay­can­da hə­min mal­la­rı sa­tan sa­hib­kar­la­rın döv­riy­yə­si­nin azal­ma­sı­na sə­bəb olur. Nə­ti­cə­də isə on­la­rın döv­lət büd­cə­si­nə ödə­di­yi ver­gi­lə­rin həc­mi­nin azal­ma­sı, ora­da iş­lə­yən adam­la­rın har­da­sa iş­siz qal­ma­sı baş ve­rə bi­lər. Bu döv­lət və sa­hib­kar­lıq üçün cid­di təh­lü­kə­lər­dir.

Döv­lət Göm­rük Ko­mi­tə­si­nin Tex­no­lo­ji İn­no­va­si­ya­lar  və Sta­tis­ti­ka baş ida­rə­si­nin rəi­si Təm­kin Xə­li­lo­vun söz­lə­ri­nə gö­rə, elekt­ron ti­ca­rət ilə məş­ğul olan in­san­la­rın gə­tir­di­yi bağ­la­ma sa­yı­na bax­saq, bu 2019-cu il­də bu 1.3 mil­yon, 2020-ci il­də 4,3 mil­yon olub. 2021-ci il­də isə 7 mil­yo­na ya­xın bağ­la­ma sa­yı qey­də alı­nıb, ey­ni za­man­da is­ti­fa­də­çi­lə­rin sa­yı da cid­di şə­kil­də ar­tıb. 2019-cu il­də əgər 82 min tam is­ti­fa­də­çi­dən söh­bət ge­dir­sə, 2020-ci il­də ar­tıq 248 min adam özü­nə mal si­fa­riş edib, 2021-ci də isə bu say ar­tıq 341 min nə­fə­rə gə­lib çat­mış­dır. Bu çox bö­yük rə­qəm­lər­dir, əgər bu ge­di­şat­la da­vam et­sə, de­mək olar ki, iq­ti­sa­di cə­hət­dən da­xil­də xa­ric­dən alı­nan mal­lar da­xi­li sa­tış həc­mi­ni azal­da bi­lər. 

“Li­mit kə­mə­ri” 

Onu da nə­zə­rə alaq ki, son dövr­lər­də bir və­tən­da­şın ay ər­zin­də şəx­si is­teh­lak üçün gə­ti­rə bi­lə­cə­yi li­mit 300 dol­lar həc­min­də mü­əy­yən­ləş­di­ri­lib. Əv­vəl isə bu 1000 dol­lar təş­kil edir­di. Düz­dür, ha­zır­kı 300 dol­lar­la gö­tür­sək, mə­sə­lən 4 nə­fər­lik ailə üçün 1200 dol­lar təş­kil edir. Əl­bət­tə, si­fa­ri­şin həc­mi ailə­nin gə­lir­lə­rin­dən də ası­lı­dır, və 4 nə­fər­lik ailə 1200 dol­lar­lıq məh­sul si­fa­riş edə bi­lər və bu­nun üçün  heç bir göm­rük rü­su­mu ödə­nil­mir.

Mil­lət və­ki­li Vü­qar Bay­ra­mov he­sab edir ki, da­xi­li elekt­ron ti­ca­rə­tin in­ki­şaf et­mə­si  da­ha məq­sə­də uy­ğun­dur, am­ma in­zi­ba­ti yol­la elekt­ron ti­ca­rət ola­raq  və ya biz­ne­sin han­sı­sa bir nö­vü­nün in­ki­şaf et­dir­mə­si heç za­man da­ya­nıq­lı ol­mur. Tə­bii ki, dün­ya­nın hər bir öl­kə­sin­də və xü­su­sən də li­be­ral iq­ti­sa­diy­ya­ta ma­lik olan öl­kə­lər­də və­tən­daş  xa­ric­dən mal alır, şəx­si is­teh­la­kı üçün  is­ti­fa­də edir və bu ta­ma­mi­lə nor­mal­dır. Am­ma  ey­ni za­man­da mə­sə­lə­nin di­gər tə­rə­fi on­dan iba­rət­dir ki, da­xil­də xa­ric­dən mal gə­ti­rən və rə­qa­bət­li mal tək­lif edən şir­kət­lə­rin və şə­bə­kə­lə­rin ol­ma­sı­na eh­ti­yac var. Elekt­ron ti­ca­rət döv­riy­yə­si­nin art­ma­sı­nın fərq­li sə­bəb­lə­ri var və əsas sə­bəb­lər­dən bi­ri də CO­VİD-19 pan­de­mi­ya­sı nə­ti­cə­sin­də for­ma­la­şan vər­diş­dir, çün­ki pan­de­mi­ya həm də on­layn ti­ca­rət­lə bağ­lı bir vər­diş ya­rat­dı. Di­gər amil tə­bii ki, bir­ba­şa re­gio­na fo­kus­la­nan və on­layn sa­tış hə­ya­ta ke­çi­rən şir­kət­lə­rin sa­yı­nın art­ma­sı və tə­bii ki, qar­daş Tür­ki­yə­də ox­şar tək­lif­lə­ri ox­şar xid­mə­ti tək­lif edən şir­kə­tin güc­lən­mə­si­dir.

“Mən ümu­miy­yət­lə in­zi­ba­ti yol­la pro­se­sin, xü­su­sən də elekt­ron ti­ca­rə­tin tən­zim­lən­mə­si­nin tə­rəf­da­rı de­yi­ləm. Əs­lin­də biz li­mit­lə­rin azal­dıl­ma­sı­nın de­yil, ar­tı­rıl­ma­sı­nın tə­rəf­da­rı­yıq. Li­mit­lə­rin mi­ni­mal­laş­dı­rıl­ma­sı o de­mək de­yil ki, da­xil­də hə­min o is­ti­qa­mət üz­rə biz­ne­sin in­ki­şa­fı­na na­il ola bil­cək­sən. Am­ma şəx­si is­teh­lak üçün gə­ti­ri­lən məh­sul ba­za­ra sa­tış üçün çı­xa­rıl­ma­ma­lı­dır, məhz bu əla­qə­nin ara­dan qal­dı­rıl­ma­sı­na eh­ti­yac var. Prob­lem on­dan iba­rət­dir ki, hə­min məh­sul­la­rın bir qis­mi sa­tış üçün ba­za­ra çı­xır.

Qiy­mət­lə­ri en­di­rə bil­mi­rik, çün­ki mar­ja var

Azər­bay­can Sa­hib­kar­lar Kon­fe­de­ra­si­ya­sı­nın Rə­qəm­sal İn­no­va­si­ya­lar Ko­mis­si­ya­sı­nın eks­per­ti Tu­ral Əh­mə­dov he­sab edir ki, bir qrup sa­hib­kar­lar xa­ric­dən mal gə­ti­rə­rək, 5, 10, 20 nə­fər  ət­ra­fın­da e-göm­rük­də qey­diy­yat­dan keç­mək­lə da­xi­li ba­zar­da hə­mən məh­sul­la­rın sa­tı­şı ilə məş­ğul olur­lar. Ey­ni məh­sul­lar qar­daş öl­kə Tür­ki­yə­də  bir qiy­mə­tə­dir, bu­ra­da isə də­fə­lər­lə ba­ha­dır. On­layn si­fa­riş pro­ses­lə­ri­nin qə­liz­li­yin­dən ası­lı ol­ma­ya­raq is­ti­fa­də­çi­lə­rin sa­yı sü­rət­lə ar­tır. Öl­kə­miz­də xü­su­sən də ge­yim sek­to­run­da ça­lı­şan sa­hib­kar­lar­la söh­bət­lə­ri­miz za­ma­nı be­lə bir ar­qu­ment səs­lən­di­rir­lər ki, qiy­mət­lə­ri en­di­rə bil­mi­rik, çün­ki mar­ja li­mi­ti var. Döv­riy­yə­nin art­ma­sı he­sa­bı­na qiy­mət­lə­ri sal­ma­ğa gə­lin­cə, on­lar ye­ni müş­tə­ri­lər əl­də et­mək­dən ya­yı­nır­lar. Çün­ki ye­ni müş­tə­ri qa­zan­maq üçün əla­və mar­ke­tinq xərc­lə­ri­nə get­mək la­zım­dır. Əv­vəl­lər mar­ke­tinq xərc­lə­ri qo­yub onu qar­şı­lı­ğı­nı ala bi­lir­di­lər­sə, in­di in­di ef­fek­tiv de­yil, çün­ki və­tən­daş­lar ye­nə qiy­mət ami­li­nə gö­rə hə­min məh­su­lu xa­ric­dən si­fa­riş edir­lər. Elə vaxt­lar olur ki, ma­ğa­za­da məh­su­lun şək­li­ni çə­kir­lər öl­çü­lə­ri­ni gö­tü­rür­lər və elekt­ron şə­kil­də si­fa­riş edir­lər.

Qeyd edək ki, alı­cı­la­rın bir ço­xu şi­ka­yət edir­lər ki, Tür­ki­yə­də 50 tl-yə olan məh­sul Azər­bay­can­da 50 ma­nat­dır, hər­çənd tl ilə ma­na­tın mə­zən­nə­si ara­sın­da kəs­kin fərq var. Bu isə o de­mək­dir ki, sa­hib­kar­lar məh­sul­lun üz­rəi­nə yük­sək gə­lir mar­ja­sı əla­və edir­lər.

Tu­ral Əh­mə­do­vun söz­lə­ri­nə gö­rə, mar­ja­lar şir­kət­lə­rin da­xi­li si­ya­sə­ti­nə bağ­lı­dır, həm­şi­nin ob­yek­tiv sə­bəb­lə­ri də nə­zə­rə al­maq la­zım­dır. Mə­sə­lən, Tür­ki­yə­də məh­sul da­xi­li ba­za­ra çıx­dı­ğı za­man öz mə­zən­nə­lə­riy­lə çı­xır, am­ma xa­ri­cə çıx­dı­ğı za­man dol­lar üzə­rin­dən sa­tır­lar. Dol­lar üzə­rin­dən sa­tı­lan mal kon­ver­ta­si­ya olu­nub, ma­nat­la göm­rük rü­sum­la­rı ödə­ni­lər­kən üzə­ri­nə 10%-30% mar­ja gə­lir. Da­xil­də əla­və da­şın­ma, ica­rə xərc­lə­ri də möv­cud­dur. Konk­ret ola­raq, teks­ti­lə gə­lin­cə,  üzə­ri­nə ki­fa­yət qə­dər yük­sək mar­ja qo­yur­lar və qiy­mət­lər­dən də düş­mür­lər.

Bu­nun­la ya­na­şı, Azər­bay­can elekt­ron ti­ca­rə­tin bü­tün is­ti­qa­mət­lə­ri­nin ge­niş­lən­di­ril­mə­si: B2B (Bu­si­ness-to-Bu­si­ness) seq­men­ti­nə tə­kan ve­ril­mə­si, poçt yük­lə­ri­nin çat­dı­rıl­ma­sı­nın ucuz­laş­dı­rıl­ma­sı üçün avia reys­lə­rin ge­niş­lən­di­ril­mə­si, bey­nəl­xalq elekt­ron ödə­niş sis­tem­lə­ri­nə çı­xı­şın sa­də­ləş­di­ril­mə­si və s. üçün hə­lə də bir sı­ra ma­neə­lə­ri ara­dan qal­dır­ma­lı­dır.

Ar­tan di­na­mi­ka

Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­nın Ti­ca­rət və İn­ki­şaf Konf­ran­sı­nın (UNC­TAD) eks­pert­lə­ri e-ti­ca­rə­tin sü­rət­li ar­tı­mı­nı pan­de­mi­ya­nın pik döv­rün­də ti­ca­rət mər­kəz­lə­ri­nin və di­gər pə­ra­kən­də sa­tış ob­yekt­lə­ri­nin fəa­liy­yə­ti­nə qo­yu­lan ka­ran­tin məh­du­diy­yət­lə­ri ilə əla­qə­lən­di­rir­lər. Özü də, eks­pert­lə­rin fik­rin­cə, bu trend pan­de­mi­ya məh­du­diy­yət­lə­ri yum­şal­dıl­dıq­dan son­ra da öz apa­rı­cı möv­qe­yi­ni qo­ru­ya­caq. Bə­zi proq­noz­la­ra gö­rə, bu il rə­qəm­sal plat­for­ma­lar­da qlo­bal sa­tış­lar 5,6 tril­yon dol­lar­dan çox ola­caq, 2025-ci il­də isə 7,4 tril­yon dol­lar həd­di­ni ke­çə­cək.

İn­ter­net­də sa­tış­la­rın ar­tım di­na­mi­ka­sı ənə­nə­vi ti­ca­rət­də­ki uy­ğun gös­tə­ri­ci­lə­ri xey­li üs­tə­lə­yir. UNC­TAD-ın mə­lu­ma­tı­na gö­rə, 2021-ci il­də top­lam qlo­bal ti­ca­rət pan­de­mi­ya­dan əv­vəl­ki dövr­lə mü­qa­yi­sə­də 23% ar­ta­raq 28 tril­yon dol­lar təş­kil edib. Ötən ilin bi­rin­ci ya­rı­sın­da pan­de­mi­ya məh­du­diy­yət­lə­ri­nin hə­lə də qal­ma­sı fo­nun­da bu ar­tım əsa­sən elekt­ron re­surs­lar­dan is­ti­fa­də et­mək­lə mal ti­ca­rə­ti he­sa­bı­na tə­min edi­lib. Bu­nun­la ya­na­şı, xid­mət sek­to­run­da sa­tış­la­rın ar­tı­mı bü­tün dün­ya­da lən­gi­yib, bu­ra­da­kı gös­tə­ri­ci­lər hə­lə də 2019-cu ilin sə­viy­yə­sin­dən aşa­ğı­dır. UNC­TAD-ın mə­lu­ma­tı­na gö­rə, qlo­bal iq­ti­sa­diy­yat­da göz­lə­ni­lən ya­vaş­la­ma, elə­cə də of­layn seq­ment­də mal və xid­mət­lə­rin sa­tı­şı­nın azal­ma­sı üz­rə da­ya­nıq­lı me­yil sə­bə­bin­dən 2022-ci il üçün də pers­pek­tiv­lər çox qey­ri-mü­əy­yən ola­raq qa­lır.

Bu ara­da, e-ti­ca­rət ənə­nə­vi pə­ra­kən­də sa­tı­şı da­ha da sı­xış­dı­rır və 2021-ci il­də bü­tün qlo­bal ti­ca­rə­tin 17,5%-ni təş­kil edir. Bu gün təx­mi­nən 2,4 mil­yard in­san on­layn alış-ve­riş edir ki, bu da dün­ya­da ya­şa­yan bü­tün in­san­la­rın təx­mi­nən üç­də bi­ri­ni təş­kil edir. 2025-ci ilə qə­dər dün­ya­da 5 mil­yard mo­bil ci­ha­zın in­ter­ne­tə çı­xış əl­də edə­cə­yi göz­lə­ni­lir, uy­ğun ola­raq rə­qəm­sal mə­kan­da po­ten­si­al alı­cı­la­rın çox­say­lı ar­tı­mı üçün il­kin şərt­lər ya­ra­na­caq.

Ey­ni za­man­da, son iki il­də baş ve­rən pan­de­mi­ya böh­ra­nı e-ti­ca­rət sa­hə­si­nə ye­ni trend­lər gə­ti­rib. Rə­qəm­sal mə­kan­da ye­yin­ti məh­sul­la­rı, o cüm­lə­dən ha­zır ye­mək, tib­bi ava­dan­lıq və sağ­lam­lıq üçün məh­sul­lar, gi­gi­ye­na va­si­tə­lə­ri və məi­şət kim­ya­sı ki­mi si­fa­riş­lə­ri da­ha çox ver­mə­yə baş­la­yıb­lar. Eh­ti­mal edi­lir ki, 2028-ci ilə qə­dər qi­da və iç­ki sə­na­ye­sin­də elekt­ron ti­ca­rət döv­riy­yə­si hər il 18% ar­ta­raq 71,6 mil­yard dol­la­ra ça­ta­caq. Gün­də­lik tə­lə­bat məh­sul­la­rı­nın sü­rət­lə e-ti­ca­rət tə­lə­bi­nin bir his­sə­si­ni tut­ma­sı, prin­sip­cə ye­ni təc­hi­zat alət­lə­ri for­ma­laş­dı­rır. Bu sı­ra­ya o cüm­lə­dən av­to­mat­laş­dı­rıl­mış çat­dı­rıl­ma sis­tem­lə­ri, elə­cə də gə­lə­cək­də ye­rüs­tü və ha­va ro­bot ci­haz­la­rı­nın (dron­la­rın) küt­lə­vi şə­kil­də tət­bi­qi və s. da­xil­dir.

Sa­da­la­nan dün­ya trend­lə­ri Azər­bay­can­da da mü­əy­yən qə­dər iz­lə­ni­lir, bax­ma­ya­raq ki, öl­kə­miz­də elekt­ron ti­ca­rət sa­hə­si hə­lə baş­lan­ğıc mər­hə­lə­də­dir və onun həcm­lə­ri dün­ya­nın apa­rı­cı öl­kə­lə­ri­nin döv­riy­yə­si ilə mü­qa­yi­sə olu­na bil­məz. Elekt­ron ti­ca­rət öl­kə­nin ümu­mi ti­ca­rət həc­mi­nin, təx­mi­nən, 1/6 his­sə­si­ni təş­kil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department