Sağlamlıq

Yoluxanlarla bağlı son məlumatlar açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 210 yeni yoluxma faktı qeydə alınıb, 3 851 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 782 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 757 892 nəfər müalicə olunaraq sağalıb, 9 358 nəfər vəfat edib. 15 498 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 978, bu günə qədər isə ümumilikdə 6 531 133 test icra olunub.

Bizim Twitter səhifə

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department