Elm və Texnologiya

“Instagram” yeni funksiyanı işə salıb

 Instagram-da ödənişli abunəlik funksiyası istifadəyə verilib. Onun vasitəsilə istifadəçilər ən çox izlədikləri müəlliflərin eksklüziv kontentlərini və Instagram-ın bəzi geniş funksiyalarını əldə edəcəklər. Qeyd etmək lazımdır ki, sosial şəbəkə ödənişli abunəlik funksiyasını test rejimində istifadəyə verib və o hələ ki, Instagram-ın ABŞ-dakı 10 məşhur istifadəçisi üçün aktivdir. Yəni adi istifadəçilər yalnız 10 məşhur istifadəçiyə ödənişli abunəliyi reallaşdıra bilərlər. Sözügedən funksiya vasitəsilə istifadəçilər sevdikləri müəlliflərdən eksklüziv kontentlər əldə edəcəklər.

 

    Bura həmçinin Stories paylaşımları və canlı yayımlar da daxil olacaqlar. Bu cür abunəçilərin adları qarşısında bənövşəyi rəngdə xüsusi işarə əks olunacaq. Onun sayəsində kontent yaradıcıları hansı istifadəçinin bu funksiyadan yararlandığını biləcəklər. Ödənişli abunəliyin aylıq ödəniş haqqı 0.99-99.99$ arasında dəyişəcək. Kontent yaradıcıları özləri də abunəik haqqını təyin edə biləcəklər. Instagram bildirib ki, o, 2023-cü ilə kimi kontent yaradıcılarından bu məsələ ilə bağlı komissiya əldə etməyəcək. Gözləntilərə əsasən yaxın həftələrdə ödənişli abunəlik funksiyasına sahib istifadəçilərin sayı artacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department