Tramp “super zəka” əvəzinə “süni intellekt” deyənləri düşmən elan etdi
ABŞ Prezidenti Donald Tramp “süni intellekt” ifadəsi əvəzinə “super zəka” terminindən istifadə etməyən hər kəsi düşmən hesab etdiyini açıqlayıb.
Son günlər “süni intellekt” (AI) ifadəsinin əvəzinə “super zəka” (SI) terminindən istifadə olunmasını təşviq edən Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Tramp paylaşımında belə yazıb: “ Ağ Ev geniş şəkildə qəbul edilmiş, yeni və daha dəqiq olan ‘Super Zəka’ termini əvəzinə ‘Süni İntellekt’ ifadəsini işlədən hər kəsi DÜŞMƏN hesab edir!”
Tramp “super zəka” termininin istifadəsi ilə bağlı fərman imzalayıb
ABŞ Prezidenti Donald Tramp sentyabrın 30-da “süni intellekt” (AI) əvəzinə “super zəka” (SI) terminindən istifadə edilməsini nəzərdə tutan prezident fərmanını imzalayıb.
Ağ Evin yaydığı məlumat sənədinə əsasən, fərman bütün nazirlik və dövlət qurumlarının rəsmi yazışmalarında, ictimaiyyətə açıqlamalarında, siyasət sənədlərində və hüquqi xarakter daşımayan digər sənədlərində “super zəka” və “SI” terminlərindən istifadə etməsini məcburi edir.



















