ABB-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilib
26 oktyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
ENA.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 26.10.2026-cı il tarixində başlayacaq və 08.11.2026-cı il tarixində bitəcək.
Qeyd edək ki, Emitentin müraciətinə əsasən və Azərbaycan Respublikasının Mərkəzi Bankı məlumatlandırılmaqla, Listinq Qaydalarının 3.8-ci bəndində qeyd edilən (“Emitent tərəfindən qiymətli kağızların yerləşdirilməsi abunə yazılışı üsulu ilə olduqda, abunə yazılışının başlanmazdan əvvəl Birjada ticarətə qəbula icazə alınmalıdır və abunə yazılışının başlanmazdan ən azı 2 (iki) iş günü əvvəl Birjaya (elektron məktub və ya kağız daşıyıcıda bildirilməlidir”) 2 iş günü müddətinə istisna verilib.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2010004581 |
| İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Abunə yazılışı |
| İstiqrazların sayı | 50,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 manat |
| İstiqrazların buraxılış həcmi | 5,000,000 manat |
| İllik gəlirlilik faizi | 8.5% |
| Ödəmə Periodu | İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir |
| Tədavül müddəti | 1 il |
| Ticarətə buraxılma tarixi | Emitent tərəfindən bildiriləcək |
| Anderrayter | ABB-İnvest İnvestisiya Şirkəti” QSC |

















