ÜST koronavirusun müalicəsində bu dərmanları məsləhət görür
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun müalicəsində iki dərmandan istifadə etməyi məsləhət görür.
ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, "Sərhədsiz Həkimlər"in infeksion xəstəliklər üzrə tibbi məsləhətçisi Dr. Fonseca beynəlxalq ictimaiyyəti tövsiyə olunan dərmanların monopoliyaya alınması ehtimalına qarşı tədbirlər görməyə çağırıb.
İltihaba qarşı olan “Baricitinib” və “Interleukin-6” kortikosteroid preparatı ilə birlikdə istifadə edildikdə ağır koronavirus xəstələrinin sağalmasına müsbət təsir göstərdiyi müəyyən edilib. Dərmanları qəbul edən ağır xəstələrin virusa qarşı müqaviməti artır və oksigen terapiyasına ehtiyac azalır.
Mütəxəssislər bu iki dərmandan eyni vaxtda istifadə etməməyi məsləhət görür.
Vəziyyəti ağır olmayan xəstələr üçün monoklonal antikor dərmanı “Sotrovimabın” istifadəsi müəyyən şərtlər altında tövsiyə edilir.