Bank

Bankların müştərilərə verdikləri kreditlər 2,4% artıb

2018-ci ilin Noyabr ayında bankların müştərilərə verdikləri kreditlər 282,9 milyon manat və ya 2,4% artaraq 12 milyard 172.1 milyon manata qalxıb. Oktyabr ayının sonunda müştərilərə verilən kreditlər 11 milyard 889.2 milyon manat təşkil etmişdi.

"BI" Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatına istinadən xəbər verir ki, Noyabrdakı artım 2018-ci ildə ən böyük aylıq artımıdır.

30 Noyabr 2017-ci il tarixi ilə müqayisədə isə kreditlər 391,9 milyon manat və ya 3,3% artıb.

Oktyabrda müştərilərə verilən kreditlər 12,2 milyon manat artmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department