Yaxın dörd ildə Azərbaycanda əhalinin gəlirlərlərində proqnozlaşdırılan artım açıqlanıb
![](https://ena.az/uploads/news/2021-11/_ena_98dea6431189d8806b63e7a9b_o.jpg)
2022-2025-ci illər ərzində əhalinin gəlirlərinin orta illik real artım tempi 4 faiz ətrafında proqnozlaşdırılır.
Bu, “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd edilib ki, buna orta müddətli dövrdə qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş ərazilərdə iqtisadi həyatın bərpası, özəl sektorda yeni iş yerlərinin yaradılması, əmək bazarının kölgədən çıxarılması siyasətinin davam etdirilməsi nəticəsində nail olunacaq.