Şirkət qeydiyyatı zamanı yanlış məlumat vermək inzibati məsuliyyətə səbəb olacaq

Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsi inzibati məsuliyyətə səbəb olacaq.
"BI" xəbər verir ki, Prezident "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunu imzalayıb.
Qanuna edilən əlavəyə görə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.