Gündəm

Putinin bu gün işdən çıxardığı nazir intihar etdi

Bu gün Rusiyanın nəqliyyat naziri vəzifəsindən azad edilən Roman Starovoyt ölü tapılıb.

Bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

“Roman Starovoytun cəsədi Odintsovo şəhərindəki evində tapılıb”, - məlumatda deyilir.

İlkin məlumata görə, 53 yaşlı Starovoyt intihar edib.

Qeyd edək ki, R. Starovoyt bu gün Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Nəqliyyat Nazirliyinin rəhbəri vəzifəsindən azad edilib. Rusiya KİV-nin məlumatına görə, bu, bir müddət öncə yüzlərlə uçuşu dayandıran və sərnişinləri hava limanlarında gecələməyə məcbur edən Rusiya hava limanlarındakı xaosdan dərhal sonra baş verib. Nazirin işdən çıxarılması qərarının hadisə ilə bağlı olub-olmadığı məlum deyil.

Roman Starovoyt 2024-cü ilin mayından nazir vəzifəsini icra edirdi. Bundan əvvəl o, Kursk vilayətinin qubernatoru olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)