ABB mobil tətbiqindən birja vaxtlarından əlavə vaxtlarda da ticarət etmək mümkün olacaq

ABB investin ölkə üzrə bazar payı əməliyyat sayına görə 56 faizə çatıb. Aktivlərin həcmi böyüyüb. 2024-cü ilin xalis mənfəətinə görə bazar lideri olub.
ABB İnvest-in İdarə Heyətinin sədri Nadir Babazadənin sözlərinə görə, ABB İnvest mobil tətbiq üzərindən xarici və yerli bazarda qiymətli kağız alətləri təqdim edir. Xarici bazarlarda, məsələn Azərbaycan vətəndaşları Amerika birjalarından öz adına qiymətli kağız əldə edir. Həmin hesablarda toplanan vəsait ABŞ şirkəti tərəfindən sığorta edilir. Bugündən ABB mobil tətbiqindən birja vaxtlarından əlavə vaxtlarda da ticarət etmək mümkün olacaq.