Prezident onu rektor təyin etdi

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edilib.
ENA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.
Qeyd edək ki, 1971-ci il təvəllüdlü N. Pənahov buna qədər Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsini icra edib.