Qafqaz Müsəlmanları İdarəsinə yardım ayrıldı - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi haqqında" Sərəncam imzalayıb.
"BI" xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb.