Xoşqədəm Hidayətqızına yeni vəzifə verildi
![](https://ena.az/uploads/news/2021-10/_ena_af82f065ebc0c8b195f568e9a_o.jpg)
Xoşqədəm Hidayətqızına ARB telekanalında vəzifə verilib. Bu barədə “Qafqazinfo”ya telekanalın mətbuat katibi Mail Əsgərov məlumat verib.
Onun sözlərinə görə, tanınmış aparıcı ARB-də yaradıcılıq məsələləri üzrə müşavir vəzifəsinə təyin edilib: "Həmçinin Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişi tezliklə ARB-də yayımlanacaq".