Sağlamlıq

Nazirlik: "Məktəblərin açılması uşaqlar arasında yoluxma hallarını artırıb"

“Son vaxtlar uşaqlar arasında yoluxma halları artıb. Bu da başa düşüləndir. Məktəblər açıldıqca, ünsiyyət çoxladıqca yoluxma sayında artım qeydə alınır”.

ENA.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib.

Onun sözlərinə görə, karantin rejimində bir sıra yumşalmaların olması, bağçaların və məktəblərin açılması kütləviliyin artmasına və nəticədə yoluxmaların çoxalmasına səbəb olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)