Koronavirusla qrip üst-üstə düşərsə ölümlə nəticələnə bilər - Alimlər
Payızda qrip virusunun da aktivləşməsi koronavirusla bağlı vəziyyəti kəskinləşdirəcək.
ENA.az xəbər verir ki, alimlər insanın eyni vaxtda qrip ştammı və kovid ştammı ilə üzləşməsinin təhlükəli olduğunu deyir.
Hazırda 2 yeni qrip ştammı aktivdir.
Əgər heç bir virusdan peyvənd olunmayan şəxs qripə yoluxub, immuniteti və orqanizmi zəifləyərsə, ardıyca havada belə olan kovid virusuna tutularsa,bu xəstələr üçün faciəvi nəticələnə bilər.
Eləcə də kovidə yoluxub sağalanlar da qripi ağır formada keçirə bilər.
Bu barədə Vektor biotexnoloji mərkəzin rəhbəri bildirib.
"Həm yoluxub sağalmış, həm yaşlı xroniki xəstələrdə immunitet zəif olur. Əvvəlki illərdə onlar ancaq qrip ştammı ilə üz-üzə gələ bilərdilər. İndi 2 aktiv virus var. Əvvəl qripdən peyvənd prosesi olurdu, indi o da unudulub.
Kim ki, qrip və kovid peyvəndi olunmayıb, onlar antikovid tədbirlərini və qorunmanı ikiqat artırmalıdır.
Bu adamlar sadəcə qrip yox, çox ağır qriplə yoluxa bilərlər. Sağalsalar belə ardıyca kovidə yoluxsalar, orqanizm dözməyəcək. Qısa müddətdə 2 güclü virusla mübarizə səhiyyə sistemini daha da yükləndirəcək. /medicina.az