Bakı Şəhər İcra Hakimiyyətinin üç vəzifəli əməkdaşı işindən - AZAD EDİLDİ
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Sani Nəsibov, Əsаsli tikinti və təmir şöbəsinin müdiri Cüneyit İsmayılov və Kadr məsələləri sektorunun müdiri Gülarə Mürsəliyeva vəzifələrindən azad edilib.
“BI” xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov müvafiq əmrlər imzalayıb.
İcra hakimiyyətinin Kadr məsələləri sektorunun müdiri vəzifəsinə İlahə Həsənzadə təyin edilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncama əsasən, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.