Rəsmi

Nazir özünə köməkçi təyin etdi

Mədəniyyət naziri Əbülfəs Qarayev özünə yeni köməkçi təyin edib. 

Nazirin müvafiq əmri ilə bu vəzifə Tamerlan Axundova həvalə olunub.

T.Axundov bundan əvvəl nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, nazirin əvvəlki köməkçisi Cəlil Məlikov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə rəis təyin olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)