Mərkəzi Bankın valyuta ehtiyatları AÇIQLANDI
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6 455,3 milyon ABŞ dolları təşkil edib.
ENA.az quruma istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 0,1% azdır.
AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1,35%, son 1 ildə isə 0,3% artıb.